Hər bir şeydə olduğu kimi dil öyrənməkdə də əsas amil sevgidir. Old School-dan öncə bir çox kurslara müraciət etmişdim İngilis dili ilə bağlı. Ancaq bu dilə qarşı o qədər negativ hislərim var idi ki, öyrənib-öyrənməyəcəyim dəqiq deyildi. Getdiyim kursların heç biri nəticə vermədi. Daha sonra bir tələbə vasitəsi ilə Old School kollektivini tanidim və ilk andan yaranan xoş münasibət bu işin öhdəsindən gələ biləcəyim düşüncəsini formalaşdırdı. Başda Əbdülxaliq müəllim olmaqla, hər kəsdən xoş, səmimi münasibət gördüm. Ən əsası da danışa bilməmək sindromunu atdım. Sərbəst fikir bildirmək, özünə inam bütün bunların formalşmasına görə Old School kollektivinə dərin təşəkkürümü bildirirəm.

Dilavər Məmmədov
Kaspi Təhsil Şirkəti Abituryentlərlə İş Şöbəsinin müdiri,
AMEA Şərqşünaslıq instittunun dissertantı,
elmlər namizədi.


Old shcool digər kurslardan fərqi ondan ibarətdir ki, burada peşəkar, ingilis dilini mükəmməl bilən və interaktiv yolla dil bacarıqlarını aşılayan müəllimlər fəaliyyət göstərir.

Leyla Əliyeva
Metodiki təminat və akkreditasiya bölməsinin müdiri
Azərbaycan Dövlət pedaqoji Universiteti


Gülər üz, mehriban kollektivi ilə çox yerdə tapa bilmədiyim peşəkarlığı burada tapdım. Hər zaman dərslərimizə məsuliyyətli və səmimi yanaşma tərzləri bəlkə də ən çox sevdiyim müsbət cəhətləridir. Interaktiv üsullardan istifadə etməklə normalda çoxumuz üçün sıxıcı gələn dil öyrənmə prosesini daha maraqlı və yadda qalan edirlər ki, bu da birbaşa məhsuldarlığa müsbət təsir edir. Bütün bu müsbət keyfiyyətləri ilə heç fikirləşmədən rahatlıqla yaxınlarıma tövsiyyə edə bildiyim yeganə adres "Old School"dur.

Yaqub Hacıyev
SOCAR - Geofizik
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - Geofizik


Xarici dil öyrənmək çox çətin kimi görünən, amma insan beynində insanı qorxudan əngəlləri tərk etdiyimiz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın, gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır. Bunu Old Schoolda ilk dərsimə başlayanda anladım. Deyirlər, dil bütün qapıların yeganə açarıdır. Bu açar isə Old Schoolda çalışan pprofessional müəllim kollektivindədir. Başda Əbdülxalid müəllim olmaqla mənə bir başa dərs keçən Ramil müəllimə təşəkkür bildirmək az olardı. Qısa zaman ərzində, sadə bir dərs metodikası ilə beynəlxalq dilin incəliklərini mənə öyrətdilər. Sadəcə bir az vaxt ayırmaqla qısa müddətə dil oyrəndim. Hələ də davam etmək fikrim var. Əgər kimsə bu mətni nə vaxtsa oxuyacaqsa, məsləhətim fikirləşməmək və irəli addım atmaqdır. Bu addım Old Schooldan başlayır.

Rəhimli Salman
Global Media Holding
Marketing manager